Qazaxıstanda hərbi hissələr gücləndirilmiş iş rejiminə keçib

Qazaxıstanda hərbi hissələr gücləndirilmiş iş rejiminə keçib
# 18 iyul 2016 11:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qazaxıstan ordusunun hərbi hissələri gücləndirilmiş iş rejiminə keçib.

APA-nın “kyrtag.kg” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Almatı şəhərində terror təhlükəsinin qırmızı həddinin müəyyən edilməsi ilə əlaqədar Qazaxıstan Silahlı Qüvvələrinin hərbi hissələri və institutları gücləndirilmiş iş rejiminə keçiblər. Silah və sursat obyektlərinin qorunması tam şəkildə gücləndirilib”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu gün Almatı şəhərində naməlum şəxslər Rayon Daxili İşlər Şöbəsinin və MTN Departamentinin binalarına hücum edib. Hadisə şahidləri biri mülki olmaqla, 3 nəfərin öldüyünü bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR