Lənkəranda dənizdə batmış 15 yaşlı oğlanın meyiti tapılıb

Lənkəranda dənizdə batmış 15 yaşlı oğlanın meyiti tapılıb
# 16 avqust 2016 13:24 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri dünən Xəzər dənizinin Lənkəran şəhəri ərazisində batmış 15 yaşlı oğlanın meyitini tapıblar.

APA-nın cənub bürosunun məlumatına görə, meyit bu gün sahildən 1 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, avqustun 15-də günorta saatlarında Xəzər dənizinin şəhərin “Kiçik bazar” ərazisində boğula faktı qeydə alınıb.

Rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə dənizdə çimərkən batıb. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri cəlb olunub. Lakin güclü külək əsdiyindən Elmar İslamzadənin cəsədinin həmin gün sudan tapılması mümkün olmayıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR