Bakı-Nijniy Novqorod xətti üzrə sərnişindaşıma ilə məşğul olan sahibkarlar haqsızlıqla üzləşdiklərini bildirirlər

Bakı-Nijniy Novqorod xətti üzrə sərnişindaşıma ilə məşğul olan sahibkarlar haqsızlıqla üzləşdiklərini bildirirlər
# 27 yanvar 2016 12:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı - Nijniy Novqorod xətti üzrə sərnişindaşıma ilə məşğul olan bir qrup sahibkar haqsızlıqla üzləşdiyini bildirir.

APA-nın məlumatına görə, sahibkarlardan biri Bəxtiyar Bilalov bildirib ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti onların fəaliyyətinə mane olur və onlardan əsassız haqq tələb edən "AN" şirkətinin tabeliyində fəaliyyət göstərmələrini tələb edir: "Biz 15 ildən artıqdır ki, fəaliyyət göstəririk. "Metropol Trans" şirkətini təsis etmişik. Lakin burada proseslərə nəzarət edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışan Vidadi Qəhrəmanov və daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev bizdən, yəni "Metropol Trans" şirkətindən tələb edirlər ki, Bakı - Nijniy Novqorod beynəlxalq sərnişindaşıma üçün heç kimin tanımadığı, bazarda reputasiyası olmayan "AN" şirkəti ilə müqavilə bağlayaq və onun inhisarına keçək. Niyə belə olmalıdır? Niyə bizə birbaşa Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müqavilə bağlamağa, şəffaf fəaliyyət göstərməyə imkan vermirlər?"

Sahibkarlar qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti yalnız "Metropol Trans" şirkətinə qarşı deyil, beynəlxalq sərnişindaşıma ilə məşğul olan digər tanımış şirkətlərə də qarşı eyni əsassız tələblər irəli sürür.

Sahibkarlar şikayətləri ilə bağlı Dövlət Xidmətinə müraciət etsələr də, tələblərinin yerinə yetirilmədiyini deyiblər.

Dövlət Xidmətinin Daşımaların tənzimlənməsi şöbəsinin böyük mütəxəssisi Vidadi Qəhrəmanov isə APA-ya açıqlamasında sahibkarlarla görüşdüyünü deyərək, “Metropol Trans” şirkəti ilə bağlı ona hər hansı sənəd təqdim edilmədiyini qeyd edib.

Onun sözlərinə yaranan vəziyyətlə əlaqədar sahibkarlarla yenidən müzakirə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR