Lənkəranda ev yanıb, xəsarət alan var

Lənkəranda ev yanıb, xəsarət alan var
# 30 aprel 2016 11:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Lənkəranda yaşayış evi yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə aprelin 30-da saat 03 radələrində Lənkəran rayonunun Liman şəhərində qeydə alınıb. Orada yaşayan Sabir Zeynalovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S. Zeynalov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR