Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 11 may 2016 16:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxışında qeydə alınıb. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes Vito” ilə “Hyundayi” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı iki nəfər - 1993-cü il təvəllüdlü Oktay İbrahimli və 1988-ci il təvəllüdlü Elvin Ağayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR