Rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

Rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib
# 18 avqust 2016 10:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 19-dan 22-dək saat 10.00-dan 16.00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən TQDK-ya müraciət etməlidirlər.

Müsabiqədə rezidenturaya qəbul imtahanlarında iştirak etmiş və müsabiqə şərtini ödəmiş namizədlər iştirak edə bilər. 2016/2017-ci tədris ilində rezidentura qəbul olan, o cümlədən qeydiyyatdan keçməyən namizədlərin ixtisas seçməsinə icazə verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR