® İDEAL: “Parfümeriya və kosmetika məhsullarının saxta olması ilə bağlı yayılan məlumatlar əsassızdır” - FOTO

<font color=red>® </font>İDEAL: “Parfümeriya və kosmetika məhsullarının saxta olması ilə bağlı yayılan məlumatlar əsassızdır” - <span style="color: red;">FOTO
# 13 noyabr 2015 11:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “İdeal” mağazalarında təqdim olunan parfümeriya və kosmetika məhsullarının saxta olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

APA-Economics”in məlumatına görə, bunu “İdeal” şirkətinin baş direktoru İlqar İsmayılov mətbuat nümayəndələri və müştərilər üçün keçirilən açıq görüşdə deyib.

İ. İsmayılov “İDEAL”ın yaranma tarixi, onun inkişaf dövrü, hazırkı fəaliyyəti və gələcək planları barədə danışaraq “İdeal” şirkətinin xarici brend şirkətlərlə rəsmən əməkdaşlıq etdiyini və həmin şirkətlərin Azərbaycana saxta məhsul göndərməsi mümkün olmadığını qeyd edib. Şirkət rəhbəri əlavə edib ki, əgər müştərilərin məhsullarla bağlı hər hansı narazılığı yaranarsa və onlar bunu əsaslandırarlarsa, bu zaman onlar aldıqları məhsulu mağazaya geri qaytara və ya pullarını kart balansına geri götürə bilərlər.

Bundan başqa, İ. İsmayılov “İdeal” şirkətinin 2016-cı il üçün planlarından da danışıb. Onun sözlərinə görə, şirkət 2016-cı ildə Bakı və regionlarda bir neçə mağazalar açmaq, yerli bazarda təqdim edilməyən bir çox brendləri Azərbaycan parfüm və kosmetika sektoruna cəlb etmək və onları mağazalında təqdim etmək niyyətindədir.

Qeyd edək ki, görüşün mövzusu Azərbaycan parfüm və kosmetika bazarında “İdeal” şirkətinin mövqeyi, yarandığı gündən əldə etdiyi nailiyyətlər və uğurlar, 2016-cı ilə olan planları, habelə son zamanlar parfüm və kosmetika sektoru ilə bağlı yaranmış bəzi stereotiplər, yanlış təsəvvürlərin formalaşması ilə bağlı olub.

Mətbuat konfransında 30-dan çox media nümayəndəsi və bloqerlər iştirak edib. Bu dəfə mətbuat konfransı digərlərindən həm də İDEAL fikirlərlə fərqlənib. Belə ki, foyedə Jurnalistlər üçün “İdeal” mağazalarında təqdim edilən bir neçə brend parfümlər və onların qoxusu ilə tanış olmaq imkanı yaradılıb.

Mətbuat konfransının təşkil edildiyi zalda isə mağazada təqdim edilən və son zamanlar saxta olduğu yazılan bir çox məhsulların xarici brendlərdən təqdim edilən sertifikatları nümayiş olunub.

Görüşdə şirkəti həmçinin, kommersiya direktoru Vladislav Oleynik, marketinq kommunikasiyaları departamentinin rəhbəri Xumar Məmmədbağırova təmsil edib və mütəmadi olaraq aidiyyatı üzrə jurnalistlərin və bloqerlərin sualları cavablandırılıb.

Xatırladaq ki, “İdeal” MMC 1999-cu ildə İlqar İsmayılov tərəfindən yaradılıb. Hal-hazırda şirkət 5 100 kvadrat metr sahəyə malik 12 mağazası ilə Bakıda və regionlarda fəaliyyət göstərir.

“İdeal”, mağazalarında dünyada 140-dan çox brendinin parfüm, kosmetika və dəri üçün qulluq vasitələrini təqdim edir. Xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə 2014-cü ildə Azərbaycanda ilk dəfə olaraq öz işçiləri üçün “İdeal akademiya”nı yaradıb və bütün konsultantlar bu akademiyada satış texnikası, brendlər barədə məlumat və s. bağlı treninqlər keçir.

Həmçinin şirkət 2016-cı ildə müştərilərinə göstərdiyi xidmət səviyyəsini artırmaq və daha da yaxşılaşdırmaq çün yeni loyallıq sistemlərinin işlənilməsinə, satış və servis təlimlərinə geniş yer veriləcək.

Şirkət, mağazalar və onun fəaliyyəti ilə bağlı gün ərzində yaranan bütün sualları 970 qaynar xətti nömrəsinə bildirməklə tez müddətdə sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR