Bakıda şirkət maşını aşıb, 2 nəfər ölüb, 6 nəfər yaralanıb - VİDEO

Bakıda şirkət maşını aşıb, 2 nəfər ölüb, 6 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 23:45 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Zığ şossesində qeydə alınıb.

Şirkətlərdən birinə məxsus “Mitsubishi” markalı pikap avtomobili şosse ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində Hüseynov Məhəmməd Hafiz oğlu hadisə yerində ölüb, daha 7 nəfər isə yaralanıb. Yaralılardan 48 yaşlı Eyvaz Osmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

3 saylı Şəhər Klinik Xəstəxasnasından APA-ya verilən məlumata görə, hazırda xəstəxananın reanimasiya şöbəsində 6 ağır yaralı var. Onlar aşağıdakılardır:

Mehdi Əlihüseynov, 37 yaş

Dadaş Ağayev, 38 yaş

Mehman Məhərrəmov, 44 yaş

Elşən Dəmirov, 55 yaş

Bəxtiyar Qəribov, 26 yaş

Zahid Zeynalov, 25 yaş.

İlkin ehtimala görə, qəzaya yüksək sürət və yağışlı hava səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə yerində ölənin şəxsiyyəti dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR