Fransa səfiri: “Kənd təsərrüfatı sahəsində təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik”

Fransa səfiri: “Kənd təsərrüfatı sahəsində təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik”
# 06 iyun 2016 16:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Fransa və Azərbaycanın kənd təsərrüfatı sahəsində çox yaxşı əməkdaşlığı var. Azərbaycan və Fransa kənd təsərrüfatı nazirlikləri arasında müqavilə bazası mövcuddur. Xüsusən də Azərbaycan iqtisadiyyatının diversifikasiyası baxımından kənd təsərrüfatının önəminin artdığı bir dövrdə biz bu sahədə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”.


APA-nın xəbərinə görə, bu sözləri Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez deyib.

Səfir bildirib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində diqqət yetirilən əsas istiqamətlər heyvandarlıq, süni mayalanma xidmətləri, toxumçuluq və şərabçılıqdır: “Fransanın bu sahələr üzrə ənənəvi biliklərini nəzərə alaraq biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik. Eyni zamanda, Fransanın Ali Kənd Təsərrüfatı Akademiyası və Azərbaycanın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq qurulması, Azərbaycana Fransadan müəllim-professor heyətinin dəvət edilməsi və tələbələrin Fransada təhsil almasını nəzərdə tuturuq. Hazırda İspaniya ilə birlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə baytarlıq xidmətlərinin təkmilləşdirilməsi sahəsində tvinninq layihəsini həyata keçiririk”.

O. Buşezin sözlərinə görə, baytarlıq sahəsində ən yüksək standartların Azərbaycana gətirilməsi planlaşdırılır: “Biz maliyyə mexanizmləri vasitəsilə də Azərbaycana yardım edirik. Fransanın İnkişaf Agentliyi artıq Azərbaycana 100 milyon avrodan çox yardım edib. Bu yardımları kənd təsərrüfatı sahəsində də genişləndirmək istəyirik. Bununla da, Fransa Azərbaycanın kənd təsərrüfatı sahəsində ən önəmli tərəfdaşlarından birinə çevriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR