Bakıda mənzildə təbii qazın sızması nəticəsində partlayış baş verib

Bakıda mənzildə təbii qazın sızması nəticəsində partlayış baş verib
# 05 noyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildə təbii qazın sızması nəticəsində partlayış baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 17 radələrində Xətai rayonunun Azadlıq küçəsində yaşayan Firəngiz Əsgərovanın evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Evin yanar konstruksiyaları yanıb. Yanıq xəsarəti almış F.Əsgərova və qızı Fəridə xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR