Hindistanda güclü leysan yağışları 41 insanın ölümünə səbəb olub

Hindistanda güclü leysan yağışları 41  insanın ölümünə səbəb olub
# 31 iyul 2016 20:55 (UTC +04:00)

Bakı-APA. Hindistanda güclü leysan yağışları nəticəsində ən azı 41 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 9 nəfər Mumbay yaxınlığında, 32 nəfər isə Orissa ştatında aramsız yağışların yaratdığı daşqınlar və yaxud şimşək çaxmasından ölüb.

Son həftə hava şəraiti ilə əlaqədar Hindistanın cənub və şərq bölgələrindən 50 minədək insan təxliyə edilib, əkin sahələrinə ciddi ziyan dəyib, 3 minədək yaşayış evi qəzalı vəziyyətə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR