Güclü külək Gürcüstanda fəsadlar törədib

Güclü külək Gürcüstanda fəsadlar törədib
# 22 aprel 2016 11:31 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda dünəndən başlayan güclü külək Tiflis və onun ətrafında fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, gücü 28 m/s çatan külək SOCAR-ın Gürcüstandakı mərkəzi ofisinin qarşısındakı ağacı kökündən çıxararaq minik avtomobilinin üstünə aşırıb.

Külək Tiflisin küçələrində fəsadlar törətsə də, xəsarət alan olmayıb. Tiflis Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, bu gün də küləyin sürəti azalmayıb.

Küləyin fəsadları barədə Rustavi və digər şəhərlərdən də məlumat daxil olub.

Güclü külək üzündən dünən Tiflis aeroportunda 8 aviareys təxirə salınıb. Güclü külək Qara dənizdə 4 bal gücündə fırtına yaradıb.

Sinoptiklərin verdiyi xəbərə görə, sabahdan başlayaraq ölkədə hava mülayimləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR