Uorlik: “Azərbaycan və erməni xalqlarının tәhlükәsizliyi üçün Qarabağ münaqişәsinin hәrtәrәfli hәllinә ehtiyac var”

Uorlik: “Azərbaycan və erməni xalqlarının tәhlükәsizliyi üçün Qarabağ  münaqişәsinin hәrtәrәfli hәllinә ehtiyac var”
# 28 oktyabr 2015 16:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib.

O bildirib ki, hәmsәdrlәr birgə çalışırlar, ortaq fikir ortaya qoyurlar: "Bu fikirlәri hәr iki ölkәnin prezident ilә müzakirә edirlәr. Sözsüz ki, artıq prezidentlәr iradә nümayiş etdirib qәrar vermәlidirlәr ki, münaqişә yox, sülh istәyirlәr. Hәr iki tәrәf 20 ildәn artıqdır davam edәn münaqişәdәn cana yığılıb. Hәr iki xalqın rahatlığı, tәhlükәsizliyi üçün bu münaqişәnin hәrtәrәfli hәllinә ehtiyac var. Ümid edirik ki, regionda yaşayan xalqlar öz sәslәrini ucaldacaqlar vә münaqişәnin sülh yolu ilә hәllini tәlәb edәcәklәr. Elә bir gün gәlәcәk ki, regionun xalqları biri-biri ilә mehribançılıq vә sülh şəraitində yaşayacaq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR