Arif Məlikovun musiqilərindən ibarət konsert olub

Arif Məlikovun musiqilərindən ibarət konsert olub
# 14 sentyabr 2016 16:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Arif Məlikovun ad günü münasibəti ilə bəstəkarın musiqilərindən ibarət konsert təşkil edilib.

APA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan tədbirdə Arif Məlikovun musiqiləri əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun ifasında səslənib.

Konsert dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiəti ilə keçirilib.

R. Qasımovun ifasında Arif Məlikovun bəstəsi olan “Dənizdə ay çiməndə”, “Gözlərinin dünyası”, “Günəş”, “Təzə ilim”, “Necədə xoşbəxtəm”, “Yaşatdı məni”, “Sən bizə təbiət oyananda gəl”, “Azərbaycan”, “Qonaq gəl bizə” musiqi əsərləri səslənib.

Arif Məlikov konsertin təşkilinə görə Ramil Qasımova təşəkkürünü bildirib, tədbirin onun üçün gözlənilməz olduğunu dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR