Lənkəran şəhərində 580 nəfər ilk dəfə səs verir

Lənkəran şəhərində 580 nəfər ilk dəfə səs verir
# 26 sentyabr 2016 07:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində 18 yaşı tamam olmuş 580 nəfər ilk dəfə səs verəcək.

73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasının sədri Kərim Heydərov APA-nın cənub bürosuna deyib ki, dairə üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. 7 məntəqədə “Rəy” monitorinq qrupu və “Vətəndaş Cəmiyyəti Uğrunda” təşkilatı “exit-poll” keçirir.

APA-nın əməkdaşının müşahidə apardığı 8 saylı məntəqədə seçici aktivliyi müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR