Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
# 06 sentyabr 2016 10:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 20-22dərəcə isti, gündüz 26-28dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Tibbi-meteoroloji- proqnoza gəlincə, sentyabrın 7-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 08-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23dərəcə isti, gündüz 24-29dərəcə isti, dağlarda gecə 9-14dərəcə isti, gündüz 15-20dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR