Braziliyada “Sonsuz dəhliz” filminin təqdimatı keçirilib

Braziliyada “Sonsuz dəhliz” filminin təqdimatı keçirilib
# 24 fevral 2016 22:26 (UTC +04:00)

Bakı-APA. Fevralın 23-də Azərbaycanın Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz haqqında ətraflı məlumat verən səfir Elnur Sultanov Xocalıda azərbaycanlılara qarşı amansızlıqla törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb. O, bu istiqamətdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında məlumat verərək bu kampaniyanın vacibliyinə toxunub və tədbirin braziliyalı iştirakçılarına müraciət edərək “Xocalıya Ədalət” kampaniyasına qoşulmağı xahiş edib.

“Sonsuz dəhliz” sənədli filmi haqqında məlumat verən səfir E.Sultanov filmin Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin bu faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulduğunu bildirib. O, bu filmin bir çox Avropa ölkələrində nümayiş etdirildiyini qeyd edərək bunun Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və nəticələri barədə Braziliyada məlumatlılığın artırılmasına xidmət edəcəyini deyib. Çıxışının sonunda səfir E.Sultanov Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün nəticələrini göstərən xəritəni və “Xocalıya Ədalət” kampaniyasının loqosunu nümayiş etdirib.

Sonra Braziliya çıxış edən Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti deputat Klaudio Kajado ilk növbədə Xocalı faciəsi ilə əlaqədar Azərbaycan tərəfinə dərin başsağlığı verib. O, Azərbaycanın Xocalı şəhərində Ermənistanın silahlı qüvvələri tərəfindən 600-dən artıq azərbaycanlının amansızlıqla qətlə yetirildiyini bildirərək BMT-nin prinsip və qətnamələrinin, insan hüquqları və əsas azadlıqlarının pozulduğunu, habelə Xocalı qətliamının bütün dünya bəşəriyyəti üçün faciəvi nəticələrə səbəb olduğunu vurğulayıb. O, Azərbaycanın məcburi köçkün və qaçqınlarının öz doğma torpaqlarına geri qayıtmasının zəruriliyini qeyd edərək çıxışını “Xocalıya Ədalət!” sözləri ilə yekunlaşdırıb.

Tədbirdə bir sıra xarici ölkələrin səfirləri, Braziliya parlamentinin, akademik dairələrin və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR