Azərbaycan MN: Ermənilər atəşkəs rejimini 26 dəfə pozub

Azərbaycan MN: Ermənilər atəşkəs rejimini 26 dəfə pozub
# 28 may 2016 08:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Nəmirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR