Bakıda avtomobil və dövlət qeydiyyat nişanları oğurlayan şəxs tutulub

Bakıda avtomobil və dövlət qeydiyyat nişanları oğurlayan şəxs tutulub
# 18 iyul 2016 10:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobil və dövlət qeydiyyat nişanları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-na keçən gecə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qəsəbə sakini Zöhrab Cəfərova məxsus “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2106” markalı avtomobilin Sabunçu rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Görülmüş tədbirlərlə avtomobil Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və sürücü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Tağıyev tutulub.

R.Tağıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Nəsimi rayonu ərazisindən Sabirabad rayon sakini Elvin Əhmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması və “Mercedes” markalı avtomobildən oğurladığı dövlət qeydiyyat nişanlarını onun üzərinə taxması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR