Millimiz 1 pillə irəliləyib

Millimiz 1 pillə irəliləyib
# 15 fevral 2016 08:30 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Avropa çempionatının final mərhələsinə yekun vurulduqdan sonra milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda 158 komanda yer alıb.

Azərbaycan millisi cədvəldə 1 pillə irəliləyib. Tino Peresin yetirmələri 1395 xalla dünyanın 11-ci komandasıdı. Yığmamızın ilk “onluğ”un astanasınadək irəliləməsinə III yer uğrunda oyunda Qazaxıstana 2:5 hesabı ilə uduzan Serbiyanın geriləməsi səbəb olub. Bu matçdan sonra millimiz balkanlıları keçib.

DÇ-2016-nın pley off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla planetin 23-cüsüdü. Yığmamız rəqibi son günlərdə 1 pillə geriləyərək, Avstraliyanı da önə buraxıb.

Qeyd edək ki, siyahıya 7-ci dəfə Avropa çempionu tituluna yiyələnən İspaniya başçılıq edir – 1948 xal.

Dünyanın ən güclü 15 millisi

1. İspaniya - 1948

2. Braziliya - 1919

3. Rusiya – 1740

4. İtaliya – 1656

5. Argentina – 1620

6. İran - 1613

7. Portuqaliya - 1550

8. Ukrayna – 1484

9. Qazaxıstan – 1441

10. Yaponiya – 1430

11. AZƏRBAYCAN – 1395

12. Serbiya - 1394

13. Paraqvay – 1376

14. Kolumbiya – 1353

15. Sloveniya – 1336

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR