Sumqayıtda avtomobili atəşə tutaraq iki nəfərə xəsarət yetirən şəxs həbs edilib

Sumqayıtda avtomobili atəşə tutaraq iki nəfərə xəsarət yetirən şəxs həbs edilib
# 30 mart 2016 10:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda avtomobilə atəş açan, iki nəfəri isə bıçaqlayan şəxs tutulub.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Zaur Bayramov və Aydın Əliyevə bıçaqla xəsarəti yetirib hadisə yerini tərk etmiş Ceyhun Əliyev həbs edilib.

C.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci il dekabr ayının 24-də Sumqayıt şəhərinin ərazisində, şəhər sakini Ümüd Nəcəfovun idarə etdiyi “Toyota” markalı avtomobilə tüfəngdən atəş açması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR