Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarında 5 nəfər ölüb

 Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarında 5 nəfər ölüb
# 23 noyabr 2015 11:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Noyabrın 22-də 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR