DSMF sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini daha da genişləndirir

DSMF sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini daha da genişləndirir
# 07 dekabr 2015 08:42 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində debitor borcları olan sığortaedənlərin səlahiyyətli nümayəndələri ilə fondun rəhbərliyi və aidiyyəti struktur bölmələrinin rəhbər işçilərinin ardıcıl görüşləri keçirilib. Həmin görüşlərdə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi tədbirlərinin gücləndirilməsi başlıca müzakirə predmeti olub.

Qeyd edək ki, bu cür tədbirlər DSMF orqanlarının fəaliyyətinin çox vacib istiqaməti olan məcburi dövlət sosial sığortası sahəsində informasiya-maarifləndirmə işləri çərçivəsində davamlı olaraq reallaşdırılır. Sosial sığortanın praktiki məsələləri sığortaedənlərin nümayəndələrinin, həm də bilavasitə sığortaolunanların iştirakı ilə bütün bölgələrdə keçirilən "Açıq qapı günləri" - vətəndaş forumlarında da geniş müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR