Dövlət Komitəsi qadın sahibkarlara aşağı faizlə güzəştli kreditlərin verilməsi üçün təkliflər paketi hazırlayır

Dövlət Komitəsi qadın sahibkarlara aşağı faizlə güzəştli kreditlərin verilməsi üçün təkliflər paketi hazırlayır
# 29 yanvar 2016 08:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sahibkar qadınlara daha aşağı faizli güzəştli kreditlərin verrilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər paketi təqdim edəcək.


Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrlə əlaqədar Dövlət Komitəsi beynəlxalq təşkilatlarla təkliflər paketi üzərində çalışır: “2015-ci ildə də Dövlət Komitəsi qadınlar arasında sahibkarlığın inkişafı üçün pilot layihələr həyata keçirib. Qadın sahibkarlar tərəfindən müəssisələrin açılmasına dəstək, resurs mərkəzlərinin təşkili, qadınların sahibkarlıq sahəsində maarifləndirilməsi istiqamətində səylər göstərmişik. Nəticədə xüsusilə Sabirabad və Neftçala rayonlarında qadın sahibkarlar tərəfindən bir neçə yaxşı biznes-layihələr həyata keçirildi və bu müəssisələr hazırda fəaliyyət göstərir. Bu il də bu sahədə fəaliyyətimiz daha da genişlənəcək. Hazırda biz qadınlar arasında sahibkarlığın inkişafı ilə əlaqədar bir beynəlxalq təşkilatla təkliflər paketi üzərində çalışırıq. Nazirlər Kabinetinə də müraciət etməyi planlaşdırmışıq. Azərbaycanda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu var, qadın sahibkarlara daha aşağı faizlə güzəştli kreditlərin ayrılmasını təklif etməyə hazırlaşırıq. Hazırda bu sahədə beynəlxalq təcrübəni daha geniş formatda öyrənirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR