"Bank VTB (Azərbaycan)" ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulmasını tətbiq edir

"Bank VTB (Azərbaycan)" ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulmasını tətbiq edir
# 25 fevral 2016 13:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” ödəniş kartlarının 3D Secure (Verified by Visa) xidmətinə icbari qoşulması şərtini tətbiq edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 3D Secure texnologiyası kredit və debet kartları ilə onlayn ödəniş zamanı əlavə təhlükəsizlik səviyyəsi kimi istifadə olunur: “Belə ki, bu xidmət vasitəsi ilə müştərilər üçüncü şəxslər tərəfindən öz kartlarının icazəsiz istifadəsindən qorunmuş olacaq. 3D Secure xidməti bank “VTB (Azərbaycan)” tərəfindən hələ 2015-ci ildə tətbiq olunub. Lakin bir çox kart sahibi bu zamana qədər xidmətin üstünlüklərindən yararlanmayıb”.

Bank müştəri kartları ilə qeyri-qanuni əməliyyatların riskini minimallaşdırmaq məqsədi ilə 1 mart 2016-cı il tarixindən ödəniş kartlarının 3D Secure xidmətinə qoşulmasını icbari şərt kimi tətbiq edəcək.

Qeyd edək ki, dələduzluqdan qorumaq və 3D Secure (Verified by Visa) texnologiyasından istifadə etmək üçün müştərilər öz kartlarını qeyd olunan https://acs.3dsecure.az/way4acs/enroll linki keçərək prosesinq şirkətinin www.azericard.com saytında qeydiyyatdan keçirməlidir. Bundan sonra, müştərilər SMS vasitəsi ilə (SMS-xəbərdarlıq xidmətinə qoşulduqda) birdəfəlik parol əldə edəcək. Müştəri SMS-xəbərdarlıq xidmətinə qoşulmadığı halda, 3D Secure birdəfəlik

parol əvvəlcədən “Bank VTB (Azərbaycan)”ın bankomatından alınmalıdır.

Qeyd edək ki, 3D Secure xidməti tamamilə pulsuzdur. Əlavə suallar yarandığı halda müştərilər “Bank VTB (Azərbaycan)”ın istənilən filialına müraciət edə və ya 986 qısa nömrəli Çağrı mərkəzi vasitəsi ilə əlaqə saxlaya bilər. Kartlarını bu sistemə qoşmayan müştərilər onlayn ödənişlər həyata keçirə bilməyəcək.

Məhdudiyyətlər digər kart əməliyyatlarına aid olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR