Bakı. Hafiz Heydərov – APA. Bərdədə saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 26-da “Mercedes” markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əsginas verib.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulub.