Azərbaycan çempionunun 4 potensial rəqibi müəyyənləşib

Azərbaycan çempionunun 4 potensial rəqibi müəyyənləşib
# 18 aprel 2016 14:34 (UTC +04:00)

Bakı – APA. İyunun 20-də İsveçrənin Nyon şəhərində avrokubokların ilk iki təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının ilk püşkatmasına 38 ölkənin ən yaxşıları qatılacaq.

Bunlardan səkkizi I, otuzu II raunddan mübarizə aparacaq. Artıq bu 38 komandadan 14-ü bəllidi.

I təsnifat mərhələsinin 4, növbəti raundun isə 10 iştirakçısı dəqiqləşib. Azərbaycan çempionunun mübarizəyə qoşulacağı II təsnifat mərhələsində hansı səbətdə yer alacağı tam bəlli deyil. Buna səbəb “Zirə”nin hələ də çempionluğa nəzəri şanslarını saxlamasıdı.

Böyük ehtimalla, avrokuboklara da buraxılmayacaq debütant möcüzə sayəsində “Qarabağ”ı keçib, qitənin ən nüfuzlu klub turnirinə yollansa, səpələnməmişlərdən olacaq. Bu isə onlara BATE (Belarus), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan) kimi komandalarla üz-üzə gəlmək təhlükəsi yaradacaq.

Lakin daha inandırıcı görünən “Qarabağ”ın ardıcıl 3-cü dəfə bu turnirdə çıxış etməsidi. Artıq növbəti turlarda bunu rəsmiləşdirəcəyi gözlənilən Ağdam təmsilçisi isə səpələnənlər arasında olacaq. Bu da onlara “Ferensvaroş” (Macarıstan), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), “Liepaya” (Latviya) ilə qarşılaşmaq imkanı yaradacaq. Bu rəqiblərin isə hər biri Qurban Qurbanovun yetirmələri üçün münasib sayıla bilər. Düzdü, qarşıdakı iki ay ərzində bu siyahı daha da genişlənəcək. Lakin indidən yalnız 4 klub potensial rəqib sayıla bilər.

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya)

Səpələnməmişlər: San-Marino və Cəbəllütariq çempionları

Qeyri-müəyyənlər: “Santa Koloma” (Andorra), “Torshavn” (Farer adaları), Malta və Ermənistan çempionları

II təsnifat mərhələsi

Səpələnmişlər: BATE (Belarus), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), Avstriya, Xorvatiya, Kipr çempionları

Səpələnməmişlər: “Ferensvaroş” (Macarıstan), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), “Liepaya” (Latviya), Monteneqro çempionu, “Flora”nın yer aldığı I təsnifat mərhələsi cürünün qalibi

Qeyri-müəyyənlər: “Hafnarfyorfur” (İslandiya), “Jalgiris” (Litva), “Norçepinq” (İsveç), Şotlandiya, Slovakiya, İsrail, Polşa, Serbiya, Moldova, Danimarka, Bolqarıstan, Lüksemburq, Şimali İrlandiya, Sloveniya, Azərbaycan, Makedoniya, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina çempionları, I təsnifat mərhələsinin 3 qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR