Saday Şəkərli Müalicə Müəssisəsinə köçürülüb

Saday Şəkərli Müalicə Müəssisəsinə köçürülüb
# 29 iyun 2016 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin bu günə təyin olunan ilkin baxış iclası təxirə salınıb.

Bu barədə APA-ya məlumat verən vəkil Bəhruz Bayramov bildirib ki, S. Şəkərli Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü üçün iclasda gətirilməyib. Buna görə proses iyulun 5-nə təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR