Bu ilin I rübündə mobil operatorlar 190 mln. manata yaxın gəlir əldə edib

Bu ilin I rübündə mobil operatorlar 190 mln. manata yaxın gəlir əldə edib
# 15 aprel 2016 12:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 372,8 mln. manatlıq xidmətlər göstərilib ki, bunun da 71,6%-i əhali sektoruna aid olub.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9% artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,7%-i isə qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 50,8%-i və ya 189,3 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR