Samuxda ev yanıb

Samuxda ev yanıb
# 12 sentyabr 2016 22:16 (UTC +04:00)

Bakı-APA. Samuxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonu, Çobanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 84 m² sahədə və 1 otağının tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR