Kəmaləddin Heydərov Yaponiya səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Yaponiya səfiri ilə görüşüb
# 19 yanvar 2016 14:38 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışıb, bu sahədə zəngin təcrübəyə malik Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığın geniş potensialı olduğunu bildirib.

Öz növbəsində T. Takahaşi ölkəsinin müvafiq qurumlarının Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ötən ilin mart ayında Yaponiyanın Sendai şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında FHN-in nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR