Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil  piyadanı vuraraq öldürüb
# 22 avqust 2016 21:31 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini Boris Yusibov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən qohumu, 1964-cü il təvəllüdlü Qabil Rüstəmovu vurub.

Q. Rüstəmov dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR