TürkPA müşahidə missiyasının rəhbəri: "İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir"

TürkPA müşahidə missiyasının rəhbəri: "İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir"
# 01 noyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA."İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir".

APA-nın xəbərinə görə, bunu TürkPA müşahidə missiyasının rəhbəri Serijkan Kanayev deyib.

Onun sözlərinə görə, TürkPA seçkilərdə hələlik heç bir qanun pozuntusu müşahidə etməyib.

"İki saat ərzində apardığımız müşahidələr nəticəsində seçici fəallığının şahidi olmuşuq", - deyə S. Kanayev bildirib.

S. Kanayev qeyd edib ki, TürkPA müşahidəçiləri yalnız Bakıdakı seçki məntəqələrində müşahidə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR