Ankarada prezident Ərdoğanın müxalifət liderləri ilə görüşü başlayıb

Ankarada prezident Ərdoğanın müxalifət liderləri ilə görüşü başlayıb
# 25 iyul 2016 13:46 (UTC +04:00)

Bakı – APA. Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşü başlayıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə, bu gün R. T. Ərdoğanın dəvəti ilə ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli paytaxtın Beştəpə məhəlləsindəki prezident sarayına gediblər. Bu, prezident Ərdoğanın öz sarayında iki müxalifət lideri ilə ilk birgə görüşüdür.

Görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR