Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 26 dekabr 2015 11:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də saat 01:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Maarif İsayev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.


Faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR