Bakı. Fərahim Qasımov-APA. Bakının Qaradağ rayonunda yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Lökbatan dairəsi adlanan ərazisində qeydə alınıb.
Dairədə "Mercedes"lə "Opel" toqquşub. Hadisə zamanı sürücülərdən Rəsul Cəbrayılov xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, qəzaya sürücülərin bir-birlərini gözləməməsi səbəb olub
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.