Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
# 08 avqust 2016 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da saat 15 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Orxan Səlimov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Ağabaxış Abdıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.


Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR