Salyan sakini yol qəzasında ölüb, həyat yoldaşı isə xəsarət alıb

Salyan sakini yol qəzasında ölüb, həyat yoldaşı isə xəsarət alıb
# 12 sentyabr 2016 13:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Salyan rayon sakini Mübariz Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Almara Kərimova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR