Təhsil Nazirliyi: Sumqayıtda məktəbdə şagirdin döyülməsi barədə yayılan video ilə bağlı araşdırma aparılır

Təhsil Nazirliyi: Sumqayıtda məktəbdə şagirdin döyülməsi barədə yayılan video ilə bağlı araşdırma aparılır
# 14 yanvar 2016 07:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sumqayıt şəhər 22 saylı orta məktəbində şagirdin müəllim tərəfindən döyülməsi barədə yayılan video ilə bağlı araşdırma aparılır. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR