“Bank of Baku” ilk 100 yeni “Bolkart” sahibini mükafatlandıracaq

“Bank of Baku” ilk 100 yeni “Bolkart” sahibini mükafatlandıracaq
# 29 sentyabr 2015 11:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bir neçə gün öncə hər kəsə özəl “Bolkart”ları təqdim edən “Bank of Baku” müştərilərin kart seçimini asanlaşdırmaq üçün “Öz Bolkartını seç!” adlı xüsusi proqramı təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Öz Bolkartını seç!” proqramından Facebook.com/Bolkart səhifəsinə daxil olaraq faydalanmaq mümkündür. Qeyd edilən məlumatları daxil etdikdən sonra proqram müştəriyə özəl “Bolkart”ı seçəcək. Həmçinin, proqram vasitəsilə “Bolkart”ı seçdikdə müştərinin qeyd etdiyi məlumatlar banka daxil olacaq və bank nümayəndəsi qısa zaman ərzində əlaqə saxlayacaq. Məlumatlar təsdiqləndikdən sonra müştəri kartı rəsmiləşdirmək üçün banka növbəsiz dəvət ediləcək.

“Öz Bolkartını seç!” proqramı vasitəsilə “Bolkart”ını seçib rəsmiləşdirən ilk 100 nəfər Bolkartlı “Bank of Baku” tərəfindən ballarla mükafatlandırılacaq. Belə ki, “Bolkart”ını seçən və bankda rəsmiləşdirən ilk 50 nəfər müştərinin aldığı yeni “Bolkart”a 100 bal, növbəti 50 nəfərin aldığı “Bolkart”a isə 50 bal yüklənəcək. Bu balları “Bolkart”ın partnyor mağazalarında alış-veriş üçün istifadə etmək mümkün olacaq. Yəni, həmin mağazalarda 100 manat və 50 manat dəyərində alış-veriş etmək mümkün olacaq.

Proqram üzrə kartını seçənlərdən 100-cü “Bolkart” rəsmiləşdirildikdən sonra “Bolkart” bal hədiyyəli sifarişlər dayandırılacaq və hər kəs adi qaydada öz kartını seçmək üçün proqramdan istifadə edə biləcək.

Məlumat üçün bildirək ki, yeni “Bolkart”lar ilkin olaraq yalnız bankın Baş idarəsinin müştəri xidmətləri departamenti tərəfindən veriləcək, daha sonra isə artıq bankın bütün filiallarında bu kartları əldə etmək mümkün olacaq. Əvvəlki “Bolkart”a sahib olan müştərilər banka yaxınlaşmaqla kartını dəyişdirə bilər. Yeni kart sifariş etmək istəyən müştərilər isə www.bolkart.az, www.facebook.com/bolkart rəsmi səhifələrdən onlayn sifariş edə və yaxud bankın istənilən filialına yaxınlaşa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR