Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeri və vaxtı dəqiqləşib - RƏSMİ

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeri və vaxtı dəqiqləşib - <span style="color: red;">RƏSMİ
# 17 dekabr 2015 08:33 (UTC +04:00)

Bakı - APA. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR