Bakı Fond Birjasının dövriyyəsi azalmaqda davam edir

Bakı Fond Birjasının dövriyyəsi azalmaqda davam edir
# 06 iyun 2016 15:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4,3 dəfə azalaraq 1 mlrd. 458 mln. 648 min 788,30 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, 2016-ci ilin yanvar-may aylarında qiymətli kağızlar bazarında əqdlərin məbləği 16,11 dəfə artaraq 240 mln. 232 min 568 manat olub.

Hesabat dövründə pay bazarında əqdlərin məbləği 21,62 dəfə azalaraq 6 mln. 059 min 298 manat, borc alətləri bazarında isə 28,89 dəfə azalaraq 32 mln. 985 min 876 manat təşkil edib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) dövriyyə 4,31 dəfə azalaraq 1 mlrd. 179 mln. 371 min 046 manat olub.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli:

Bazarın sektoru

Dövriyyə (azn), 2016

Dövriyyə (azn), 2015

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

I. Dövlət Qiymətli Kağızlar bazarı

240,232,568.18

99

14,914,881.15

5

MN Dövlət İstiqrazları

240,232,568.18

99

14,914,881.15

5

Dİ yerləşdirmə

147,462,637.49

67

0

0

Dİ təkrar

92,663,930.74

32

14,914,881.15

5

AMB Notları

-

-

0

0

NOT yerləşdirmə

-

-

0

0

NOT təkrar

-

-

0

0

II. Pay bazarı

6,059,297.87

727

130,977,876.20

1787

Səhmlər yerləşdirmə

5,072,000.00

6

128,183,981.97

67

Səhmlər təkrar

987,297.87

721

2,793,894.23

1720

III. Borc Alətləri Bazarı

32,985,876.27

48

952,916,727.73

357

AİF istiqrazları yerləşdirmə

-

-

11,057,751.00

4

AİF istiqrazları təkrar

15,014,457.08

7

810,441,047.44

98

Digər korporativ istiqrazlar * yerləşdirmə

4,013,779.85

22

12,787,355.20

40

Digər korporativ istiqrazlar * təkrar

13,957,639.34

19

118,630,574.09

215

- o cümlədən market meyker

-

-

140,228,045.87

155

IV. REPO əməliyyatları

0.00

0

102,415,647.16

86

AMB-nin Repo əməliyyatları

-

-

32,217,600.76

30

Digər Repo əməliyyatlar

-

-

70,198,046.40

56

V. Törəmə Alətlər Bazarı

1,179,371,045.97

16750

5,079,112,288.18

30213

Valyuta

1,140,987,199

14,532

5,006,052,781.26

26859

Əmtəə

38,383,847

2,218

73,059,506.92

3354

Cəmi

1,458,648,788.30

17,624.00

6,280,337,420.42

32,448.00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR