Ağdam sakinindən silah və narkotik götürülüb

Ağdam sakinindən silah və narkotik götürülüb
# 30 iyul 2016 10:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağdam sakinindən silah və narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayaqqərvənd kənd sakini Mübariz Məmmədovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” markalı ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürülüb.

Həmçinin onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR