Bu ilin 6 ayında TRACECA ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Bu ilin 6 ayında TRACECA ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb
# 12 avqust 2016 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23884,0 min ton, yük dövriyyəsi isə 4592,0 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 15178,8 min tonu və ya 63,6%-i avtomobil nəqliyyatı, 6472,6 min tonu və ya 27,1%-i dəmir yolu nəqliyyatı, 2232,6 min tonu və ya 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 9,0% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 19,6% və 34,8%) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9%-ni və ya 3567,6 min tonunu tranzit yüklər təşkil edib. Bu ilin yanvar-iyun aylarında dəhliz vasitəsilə 164,6 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 3313,3 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR