Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək - VİDEO

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək - <span style="color: red;">VİDEO
# 22 oktyabr 2015 09:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında oktyabrın 23-də bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR