Nazir: "Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlana bilər"

Nazir: "Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlana bilər"
# 02 oktyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlana bilər.

"APA-Economics"in xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, bununla bağlı müvafiq qurumun yaradılması nəzərdə tutulub: "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qanunvericilik bazası var. Amma bu istiqamətdə praktiki tədbirlər görülməlidir ki, bu da artıq qərarlaşdırılıb. İndi icbari tibbi sığortanın tətbiqi məsələsi dövlət tərəfindən səhiyyəyə ayrılan xərclərin yüksək həddini müəyyənləşdirməyə kömək edəcək. Yəni bu zaman məlum olacaq ki, dövlət bu səhiyyə xərclərinə nə qədər vəsait ayıracaq və vətəndaşlar hansı məbləğdə xərcləri öz üzərinə götürəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR