Salyanda elektrikli alətlə ehtiyatsız davranan ustanın barmağı amputasiya olunub

Salyanda elektrikli alətlə ehtiyatsız davranan ustanın barmağı amputasiya olunub
# 07 noyabr 2015 16:23 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda elektrikli kəsici alət ustanın orta barmağını kəsib.

Mərkəzi Rayon Xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan şəhər sakini, 31 yaşlı Abdullayev Abdulla Əlifağa oğlu kəsici alətlə işləyərkən ehtiyatsızlıqdan barmağını itirib. Xəstəxanaya yerləşdirilən yaralının barmağı amputasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR