Üç ay ərzində Gürcüstan ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 160 mln dollar təşkil edib

Üç ay ərzində Gürcüstan ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 160 mln dollar təşkil edib
# 30 aprel 2016 20:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. 2016-cı ilin birinci rübündə Gürcüstan ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 160 mln dollar təşkil edib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən bildirilib. Qeyd olunub ki, bu müddət ərzində Gürcüstanın ticarət dövriyyəsi 2145 mln dollar təşkil edib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 7% azdır. Analoji müddət ərzində ölkədə ixrac 12% ($443 mln.), idxal isə 5% ($1703 mln.) təşkil edib.

Gürcüstanın Avropa İttifaqı (Aİ) ölkələri ilə xarici ticarət dövriyyəsi $712 mln təşkil edib. Bu da keçən illə müqayisədə 11% çoxdur. Bu müddətdə Aİ ölkələrinə ixrac 35% ($ 111 mln.) azalıb, idxal isə 28% ($ 601 mln.) artıb. MDB ölkələri ilə üç ay ərzində ticarət dövriyyəsi 15% ($574 mln.) azalıb, ixrac 26%, idxal isə 11% olub.

2016-cı ilin yanvar-mart ayı ərzində Gürcüstanın ən iri ticarət tərəfdaşları Türkiyə ($342 mln), İrlandiya ($210 mln) və Rusiya ($185 mln) olub, Çin isə dördüncü yeri tutub. Azərbaycan isə 5-ci yeri tutaraq, üç ay ərzində Gürcüstan ilə xarici ticarət dövriyyəsi 160 milyon dollar təşkil edib.

Məlumatda bildirilib ki, bir neçə il öncə Azərbaycan Türkiyədən sonra Gürcüstanın onlarla iri ticarət tərəfdaşları siyahısında stabil olaraq həmişə ikinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR