® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Kreativ düşün, kreativ yarat” adlı müsabiqə keçirildi

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Kreativ düşün, kreativ yarat” adlı müsabiqə keçirildi
# 13 yanvar 2016 07:10 (UTC +04:00)

12.01.2016-cı il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Kreativ düşün, kreativ yarat” adlı müsabiqə keçirildi. Müsabiqə zamanı III və IV sinif şagirdlərinin qeyri-adi, maraqlı əl işləri nümayiş etdirildi.

Kompleksdə şagirdlərin estetik tərbiyəsinin formalaşdırılmasına böyük diqqət göstərilir. Şagirdlər rəsm, teatr dərnəklərində, milli rəqs, texnologiya dərslərində həvəslə iştirak edirlər. Kompleksdə şagirdlərin hərtərəfli inkişafı üçün hər bir şərait yaradılmışdır. Bu müsabiqədə şagirdlərin bacarıqları onların əl işləri vasitəsilə bir daha nümayiş etdirildi. Belə ki, onlar gündəlik istifadə olunan adi əşya və materiallardan əsl sənət nümunələri yaratmışdılar. Müsabiqənin nəticələrinə əsasən IV sinif şagirdləri: Abdullayev Əli Natiq oğlu I, Rzayeva Məryəm Şamil qızı II, Qarayev Ayxan Hüseyn oğlu III yerləri tutdular, onlara hədiyyələr, bütün iştirakçılara isə diplomlar təqdim olundu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR