"PAŞA Həyat Sığorta" bazarın ən iri şirkətidir

"PAŞA Həyat Sığorta" bazarın ən iri şirkətidir
# 04 aprel 2016 10:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2015-ci ilin yekun hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, hesabatda şirkətin ümumi aktivlərinin həcmi cari ilin yanvar ayının 1-ə 148,6 mln. manat təşkil edib ki bu da, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 56,8 mln. manat və ya 62% çox olub.

Şirkətin strateji direktoru İsrail Qarayevin sözlərinə görə, hesabat dövründə şirkətin investisiya portfelinin həcmi 40,4 mln. manat və ya 51% artaraq 119 mln. manata, depozit pul vəsaitləri 40,2 mln. manat və ya 58% artaraq 110 mln. manata, həmçinin sığorta ehtiyatlarının həcmi 43,6 mln. manat və ya 96% artaraq 89,2 mln. manata çatıb: “2015-ci ilin yekunları göstərib ki, ümumi aktivlərin, investisiya portfelinin, depozit pul vəsaitlərinin və sığorta ehtiyatlarının həcminə görə "PAŞA Həyat Sığorta" Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkətidir”, - deyə İ. Qarayev qeyd edib.

İ. Qarayev, həmçinin şirkətin ötən ilki gəlir və xərcləri barədə də məlumat verib. O qeyd edib ki, ötən il ərzində şirkətin ümumi gəlirləri 46,9 mln. manat olmaqla, əsas əməliyyat gəlirləri 54,8 mln. manat, investisiya gəlirləri 9,2 mln. manat və digər gəlirləri isə (valyuta məzənnə fərqindən yaranmış gəlir) 17,9 mln. manat təşkil edib. “Eləcə də ümumi xərclərimiz 27,6 mln. manat, olmaqla, əsas əməliyyat xərclərimiz 18,0 mln. manat, işlərin aparılması xərclərimiz isə 9,5 mln. manat təşkil edib. Gəlir və xərclərin yekunu olaraq, 2015-ci il üzrə maliyyə mənfəətimiz 19,3 mln. manat olub. Dövlətə ödənilən mənfəət vergisi (3,9 mln. manat) çıxıldıqdan sonra, 2015-ci il üzrə xalis mənfəətimiz 15,4 mln. manat təşkil edib”, - deyə strateji direktor qeyd edib.

Qeyd edək ki, şirkətin ödənilmiş nizamnamə kapitalı 40,25 mln. manat olmaqla il ərzində sabit qalıb, bununla yanaşı cəmi kapital il ərzində 10,9 mln. manat və ya 25% artaraq 55,7 mln. manata çatdırılıb.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR